...

Şuşa, Kəlbəcər və Laçındakı hava şəraiti açıqlanıb

Cəmiyyət Materials 20 Dekabr 2022 11:44 (UTC +04:00)
Şuşa, Kəlbəcər və Laçındakı hava şəraiti açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa, Kəlbəcər və Laçındakı hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Tred-ə verilən məlumata görə, dekabrın 20-də Şuşa, Kəlbəcər və Laçında hava şəraitinin yağıntılı olacağı, arabir qar yağacağı, bəzi ərazilərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s, bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gündüz 3-7, axşam 9 dərəcəyədək şaxta olacaq. Axşam yollar buz bağlayacaq.

Dekabrın 21-də arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyinin sürəti 3-8 m/s təşkil edəcək. Yollar buz bağlayacaq. Havanın temperaturu gecə 10-15, gündüz 3-8 dərəcə şaxta olacaq.

Dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti