...

Bu il Bakıda 49 minə yaxın şagirdin yerdəyişməsi aparılıb

Cəmiyyət Materials 20 Dekabr 2022 15:12 (UTC +04:00)
Bu il Bakıda 49 minə yaxın şagirdin yerdəyişməsi aparılıb

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2022-ci təqvim ilində 48 829 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

İdarədən Trend-ə verilən xəbərə görə, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Xəbər lenti

Xəbər lenti