Bakı. Trend:
19 520 nəfərə ilkin əlillik, 37 180 nəfərə isə təkrar əlillik təyin edilib.
Trend-in məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2022-ci ildə görülən işlərə dair mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov deyib.
O bildirib ki, 1 iyula qədər qüvvədə olan qanunvericiliyə əsasən, dərəcələr bölgüsü ilə təyinatların 6,3 faizinə birinci dərəcəli əlillik təyin edilib: "48 faiz şəxsə ikinci dərəcəli əllillik, 30 faizə isə üçüncü dərəcəli əlillik təyin edilib. Eyni zamanda, bütün təminatların 15 faizi sağlamlıq imkanı məhdud uşaqlardır".