...

Partlayış olan binanda qaz təminatı tam dayandırılıb - Ruslan Əliyev

Cəmiyyət Materials 2 Yanvar 2023 17:59 (UTC +04:00)
Partlayış olan binanda qaz təminatı tam dayandırılıb - Ruslan Əliyev

Bakı. Trend:

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində üç mənzilə və liftin şaxtasına ziyan dəyib, binada qaz təminatı tam dayandırılıb.

Trend xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev hadisə yerində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda "Azəriqaz"a aid məsələlərlə bağlı işlər yerinə yetirilir.

"Binada təhlükəsizlik qaydalarına tam əməl olunduqdan, kəmərlər yoxlanıldıqdan və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra binaya qazın verilişi bərpa olunacaq. İlkin olaraq, ehtimal edirik ki, hadisə qaz sızmasından baş verib", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti