...

Respublikada heç bir yolda məhdudlaşdırılma yoxdur - BDYPİ

Cəmiyyət Materials 9 Yanvar 2023 17:32 (UTC +04:00)
Respublikada heç bir yolda  məhdudlaşdırılma yoxdur - BDYPİ
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Respublikada heç bir yolda məhdudlaşdırılma yoxdur. Sadəcə, müəyyən bir müddət yolların təmizlənməsi üçün xüsusi texnikanın rahat hərəkəti üçün bəzi yollarda hərəkət müvəqqəti dayandırılır və qısa müddət ərzində hərəkət bərpa olunur.

Bunu bu gün Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev magistral yollarla bağlı Trend-ə açıqlamasında deyib.

"Magistral yolların heç birində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılmayıb. Lakin bəzi istiqamətlərdə təhlükəsizlik məqsədi ilə mövsümi şinləri olmayan nəqliyyat vasitələri, yük avtomobilləri və avtobuslar alternativ yollara istiqamətləndirilir. Belə hallarda patrul avtomobilləri də həmin nəqliyyat vasitələrini təhlükəsiz hissəyə aparana qədər müşayiət edir", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti