...

ADPU tələbələri qrant layihəsi çərçivəsində mentor fəaliyyəti göstərirlər (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2023 16:22 (UTC +04:00)
ADPU tələbələri qrant layihəsi çərçivəsində mentor fəaliyyəti göstərirlər (FOTO)

Bakı. Trend:

“EduSimbioz - Təhsil üçün öyrən və öyrət” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələri orta məktəbdə mentor olaraq fəaliyyət göstərməyə davam edirlər.

Hazırda 53 tələbə layihədə mentor olaraq fəaliyyət göstərir. Layihə ümumtəhsil məktəblərində təhsil alan 500-dən çox məktəblini əhatə edir.

Qeyd edək ki, layihə ötən il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibidir. Layihənin məqsədi Bakı şəhəri üzrə şagird nailiyyətləri aşağı olan Qaradağ rayonunda yerləşən 13 ümumtəhsil məktəbində 9-cu sinif şagirdlərinə tələbə-mentor, psixoloji dəstək xidməti göstərməklə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə boşluqlarının tamamlanmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti