...

BDU-da Keyfiyyətin Təminatı üzrə Komissiya yaradılıb

Cəmiyyət Materials 19 Yanvar 2023 06:24 (UTC +04:00)
BDU-da Keyfiyyətin Təminatı üzrə Komissiya yaradılıb

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) Keyfiyyətin Təminatı üzrə Komissiya yaradılıb.

Bu barədə Trend-ə BDU-dan məlumat verilib.

Daimi fəaliyyət göstərəcək komissiya BDU-da təhsildə keyfiyyətin təmin olunmasına dair təhlillər aparacaq, təkliflər verəcək. Komissiyanın fəaliyyətinə bu sahə üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri və ekspertlər də cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti