Bakı. Trend:
“Bakı KOB evi”ndə Səhiyyə Nazirliyinin struktur bölmələri tərəfindən sahibkarlara bir sıra xidmətlər göstərilir. Sahibkarlar aşağıdakı xidmətlər üçün Səhiyyə Nazirliyinin “Bakı KOB evi”ndə fəaliyyət göstərən mütəxəssislərinə müraciət edə bilərlər:
- dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə
idxalına icazə;
- dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat
vəsiqəsinin verilməsi;
- gəminin sanitariya nəzarətindən keçməsi və ya sanitariya
nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi;
- üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün)
sanitariya şəhadətnaməsinin verilməsi;
- narkotik vasitələr, psixotrop maddələr və onların
prekursorlarının idxalına və ixracına icazə verilməsi;
- özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin
istifadəsinə DIN-dən razılıq məktubunun alınması üçün xüsusi rəyin
verilməsi;
- əczaçılıq və tibb müəssisəsində narkotik vasitələrin, psixotrop
maddələrin, güclü təsir edən və ya zəhərli maddələrin dövriyyəsinə
DİN-dən xüsusi icazənin alınması üçün rəyin verilməsi;
- dərman vasitələri haqqında məlumatın verilməsi.
Qeyd edək ki, “Bakı KOB evi” (ünvan: Bakı şəhəri, akademik Ziya
Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) həftəiçi 5 gün, saat
09.00-dan 18.00-dək fəaliyyət göstərir.