...

Cəlilabadda məktəbdə mənimsəmə faktı aşkarlandı

Cəmiyyət Materials 19 Yanvar 2023 11:25 (UTC +04:00)
Cəlilabadda məktəbdə mənimsəmə faktı aşkarlandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabad rayon Zərbiəlli kənd məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Cəlilabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı qeyd edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərs saatlarına görə əmək haqqı ödənilməsi və nəticədə dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti