...

20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2023 21:06 (UTC +04:00)
20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

2023-cü il yanvarın 19-da Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzi (KİM) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

MDU-nun tələbə və magistrantlarının iştirakı ilə keçirilən dəyirmi masa şəhidlərimizin əziz xatirəsini yad etmək üçün bir dəqiqə sükutla başla başlayıb.

Sonra, 20 Yanvar həqiqətlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra, MDU-nun Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının müəllimi Vüsalə Mövlayevanın moderatorluğu ilə tələbələrin 20 Yanvar hadisələri ilə bağlı məruzələri dinlənilib. Çıxışlar zamanı günahsız insanlara qarşı törədilmiş vəhşicə əməllər, Azərbaycana qarşı yürüdülən çirkin siyasət, həmin o çətin dövrdə ümummilli lider Heydər Əliyevin haqq səsimizi dünyaya çatdırması yolunda göstərdiyi cəsarətdən bəhs edilib.

Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, MDU-da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən müxtəlif formatlı silsiləvi tədbirlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti