Bakı. Trend:
Baş Prokurorluqda yeni kadr təyinatı olub.
Qurumdan Trend-ə verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Mahir Abbasov Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin edilib.
K.Əliyevin digər əmri ilə Saleh Hacıyev Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.