...

Anadangəlmə diafraqmal yırtıqlar

Cəmiyyət Materials 9 Fevral 2023 10:00 (UTC +04:00)
Anadangəlmə diafraqmal yırtıqlar

Bakı. Trend:

Yenidoğulmuşda Diafraqmal Yırtıq.

Anadangəlmə Diafraqmal Yirtiqlar 1:2000 – 1:4000 diridoğulmuşda müşahidə edilir. 20 – 30 % hallarda ölüm halı qeyd olunur. Diafraqmal yırtıqla yanaşı ürək (20% hallarda), ağciyər qüsurları, 10.7% hallarda Sinir və Urinar sistem anomaliyaları həmçinin genetik anadangəlmə patalogiyalar, xromosom anomaliyaları 16% hallarda (pentada Kantrella, sindrom Frinze, Lanqe, Marfana, Elersa-Danlosa) çox hallarda rast gəlir ki, bunlarda ölüm riskini artırır. Yaranma səbəbi ana bətnində 8-10 həftəsində Plevroperitoneal kanalının bağlanmaması nəticəsində diafraqmada defekt yaranır ki, bu deffektden qarın boşluğu orqanları döş qəfəsinə keçərək ürəyi və ağciyərləri sıxır. Döş boşluğunda qarın boşluğu orqanlarının yerləşməsi Ağciyərlərin inkisafını kəngidir və Ağciyərlərin Hipoplaziyasına bütün bronx və damarların azalmasına gətirib şıxardır. Yırtıq olan tərəf Ağciyər ciddi zədələnir inkişafı pozulur həmçinin əks tərəf Ağciyərdə anormal sturukturda olur normal Ağciyərlə müaqisədə ciddi fərqlənir.

Anadangılmı Diafraqmal Yırtıqlar 80% hallarda sol tərəfli 20% hallarda sağ tərəfli. Çox nadir hallarda isə ikitərəfli ola bilir.

Xəstəliyin Diaqnostikası:

Çox hallarda 1-2 trimestirdə Fetal Ultrasəs müayinəsində qarın boşluğu orqanlarının döş boşluğuna keçməsi və Ürəyin sağa və ya sola yerdəyişməsi ilə aşkarlanır və artıq doğum və sonrakı proseslərə öncədən hazırlıq görülür. Doğumdan sonra ən yaxşı müayinə üsulu döş qəfəsinin rentgen müayinəsidir.

Klinikası.

Çox hallarda doğuşdan sonra tənəfüs çatışmamazlığı ilə özünü biruzə verir və tez birzamanda kəskin tənəfüs çatışmamazlığına gətirib çıxardır. Baxış zamanı diqqətli olacağımız mamentlərdən birneçəsi Diafraqmal Yırıq olan tərəfdə döş qəfəsinin şişməsi, qabarması və həmin tərəf döş qəfəsinin tənəfüsdə iştirak etməməsi görülür. Çox xarakter hallardan biri yqarın boşluğunun boş içəriyə doğru çökmüş şəkildə görünümü diqqəti cəlb edir.

Diafraqmal Yırtığın müalicəsi Müalicəsi.

Anadangəlmə Diafraqmal Yırtıqla doğulan uşaqlar doğulan kimi intubasiya olunmalı, İVL ə qoşulmalı və Urek və Ağciyər reanimasion tədbirləri görülməli. Reanomasiya şəraitində Kardiotonik kömək, ağrısızlaşdırma, antibiotik terapiya Ürək və Ağciyər fəaliyyəti normallaşdırılıb qan göstəriciləri metobalik və respirator asidoz korreksiya olunaraq əməliyyata hazırlanmalıdır. Xəstənin vəziyyəti stabilləşməyən hallarda EKMO olan klinikalarda EKMO cihazı ilə stabilləşdirilə bilər.

Yeni doğulmuşda Diafraqmal Yırtıq Əməliyyatı.

Günümüzdə Endoskopik kəsik açmadan istər qarın boşluğundan Laparoskopik istərsədə döş boşluğundan Torakoskopik icra edilir. Endoskopik metod daha tez sağalma, az travmatık və əməliyyat sahəsinin daha yaxşı gğrünümünü təmin etməklə daha üstün hesab olunur.

Bizim Təcrübəmiz

Son 5 ildə 15 Diafraqmal Yırtıq Əmıliyyatı icra etmişik bunlarda 3 ü sağ tərəfli 12 ü isə sol tərəfli olub. 14 Pasientə Torakoskopik əməliyyat icra etmişik yalnız bir pasient az çəkili və yanaşı ciddi ürək qüsuru olduğuna görə açıq Torakotom kəsiyindən əməliyyat icra etmişik.

Etdiyimiz əməliyyatlardan birini daha ağır sol tərəfli əməliyyat edtiyimiz pasientin əməliyat görüntülərini təqdim edirik.

Hestasiya dövrünün 27-ci heftesində fetusda fetal doppler zamani Sol tərəfli Anadangəlmə Diafraqmal Yirtiq aşkar olundu. Yenidoğulmuş doğulduqdan 1 saat sonra Diafraqmal Yirtiğin torokoskopik ləğvi icra olundu. Döş qəfəsində yerləşən orqanlar qarin boşluğuna ötürüldü. Bunlar nazik bağirsaq , yoğun bağirsaq və qaraciyərin sağ və sol paylari idi. Diafraqmada olan defekt çox böyük olduğundan diafraqmanın deffektini setka ilə plastika etdik.

Dr. Toğrul Ömərov

Uşaq cərrahı

Uşaq cərrahı Op. Dr. Toğrul Ömərov uzun müddətdir ki, Uşaq cərrahiyyəsi ilə bağlı bütün növ patalogiyaların cərrahi və ya mümkün mərhələlərdə konservativ müalicəsi ilə tam şəkildə məşğul olmaqdadır.

Tel.: (050) 672 92 24

Xəbər lenti

Xəbər lenti