Bakı. Trend:
Fevralın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, yağıntılı olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın
temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi
rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı,
qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz
keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi
əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13°
isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.