Bakı. Trend:
Dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər üçün imtahan keçiriləcək.
Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, imtahanın martın 18-də keçirilməsi nəzərdə tutulub. Yaxın günlərdə qeydiyyat tarixi açıqlanacaq.
Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxslər 2023-cü ildə keçiriləcək imtahanların qrafiki ilə tanış olmalı və sertifikatlarının bitmə tarixindən asılı olaraq imtahanlarda iştirak etməlidirlər.