...

Bakıda Novruz iməciliyi keçiriləcək

Cəmiyyət Materials 3 Mart 2023 09:42 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda Novruz bayramı ilə bağlı iməcilik keçirəcək.

Qurumdan Trend-ə verilən məlumatda bildirilir ki, xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində şənbə günü, mart ayının 4-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməcliyinin keçirilməsi qərara alınıb.

İməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.

Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə, əziz Novruz Bayramını xoş əhval-ruhiyyə ilə qarşılanmasına öz töhfəmizi vermiş olacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti