...

Mülki şəhidlərin ailə üzvlərinə sosial ödəniş təyinatları yekunlaşıb

Cəmiyyət Materials 17 Mart 2023 11:05 (UTC +04:00)
Mülki şəhidlərin ailə üzvlərinə sosial ödəniş təyinatları yekunlaşıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Postmüharibə dövründə 122 min unikal şəxs 264 min sosial dəstək tədbiri ilə əhatə olunub.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Bildirilib ki, 3037 şəhidin, o cümlədən 86 mülki şəhidin 8018 ailə üzvünə 16011 sosial ödəniş təyin edilib.

"Bütün mülki şəhidlərin ailə üzvlərinə sosial ödəniş təyinatları yekunlaşıb. 3708 müharibə ilə əlaqədar əlilliyi olan şəxsə 7416 sosial ödəniş təyin edilib. 4500 mənzil şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan və həssas təbəqədn olan digər şəxslərə verilib", - deyə hesabatda qeyd edilib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti