...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşdü (FOTO)

Cəmiyyət Materials 18 Mart 2023 13:10 (UTC +04:00)
Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşdü (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 08:25-də və saat 08;45-də Bakı Dəmiryol Vağzalından Bakı-Ağstafa-Bakı istiqaməti üzrə ilk sürətli sərnişin qatarları yola düşüb. Bu gün daha bir qatar saat 17:00-da Bakıdan Ağstafaya yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 55 dəqiqədir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend0ə bildirilib ki, 459 km uzunluğunda olan Bakı-Ağstafa-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

ADY Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq, Bakı-Ağstafa marşrutu üzrə 19 və 20 mart tarixlərinə əlavə 1 reys də təyin edib.
19 və 20 mart tarixlərində sərnişin qatarı hər gün saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşəcək.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün isə 16 AZN təşkil edir. Biletləri Dəmiryol Vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti