...

Bədii Gimnastika üzrə Azərbaycan Çempionatı: mükafatlandırma mərasimi (FOTO)

Cəmiyyət Materials 25 Mart 2023 19:55 (UTC +04:00)
Bədii Gimnastika üzrə Azərbaycan Çempionatı: mükafatlandırma mərasimi (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Şənbə günü Bakıda Milli Gimnastika Arenasında "böyüklər" yaş kateqoriyasında fərdi proqramda çıxış edən idmançılar arasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının qaliblərinin və medalçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, qaliblər və mükafatçılar fərdi fənlər üzrə (halqa, top, lent) müəyyən edilib.

Halqa ilə hərəkətdə Zöhrə Ağamirova birinci, Alina Gözəlova ikinci, İlona Zeynalova üçüncü yerə layiq görülüb.

Topla kompozisiyada Zöhrə Ağamirova qızıl, Alina Gözəlova gümüş, Alina Məmmədova isə bürünc medal qazanıb.

Lentlə hərəkətdə Zöhrə Ağamirova qızıl, Alina Gözəlova gümüş, İlona Zeynalova isə bürünc medala sahib olublar.

Zöhrə Ağamirova, Alina Gözəlova, İlona Zeynalova və Kamilla Seidzadə “Ocaq Sport” klubunun yetirmələridir. Alina Məmmədova - Respublika Kompleks İdman Məktəbini təmsil edir.

Qeyd edək ki, bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı martın 24-25-də keçirilib. Çempionatda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” İdman Klubu, “Zirə”, Sumqayıtı təmsil edən gimnastlar iştirak edir. Onlar iki yaş kateqoriyasında - “gənclər” (2008-2010-cu il təvəllüdlü) və “böyüklər” (2007-ci il təvəllüdlü və daha yuxarı) yarışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti