...

Ali Məhkəmə Vüqar Səfərlinin əmlaklarının müsadirəsi barədə qərarı ləğv edib

Cəmiyyət Materials 28 Mart 2023 13:52 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ali Məhkəmədə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli, “Portos” MMC-nin direktoru Nadir Məmmədov və digər təqsirləndirilən şəxslərin kassasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi keçirilən prosesdə vəkillərin bəraətlə bağlı şikayətləri təmin olunmayıb. Lakin məhkəmə qərarın Vüqar Səfərli və iş üzrə ittiham olunan digər şəxslərin əmlaklarının müsadirə olunması ilə bağlı hissəsini ləğv edib.

İş əmlaklarla bağlı hissəyə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, V.Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti