...

Karyera sərgisinin keçirilməsi sənaye sektorunda təhsilin inkişafına imkan yaradacaq - Gülçöhrə Məmmədova

Cəmiyyət Materials 4 Aprel 2023 12:23 (UTC +04:00)
Karyera sərgisinin keçirilməsi sənaye sektorunda təhsilin inkişafına imkan yaradacaq - Gülçöhrə Məmmədova
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Karyera sərgisinin keçirilməsi sənaye sektorunda təhsilin inkişafına imkan yaradacaq.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova karyera sərgisinin açılışında deyib.

"İşğaldan azad olunmuş torpaqların bərpa prosesində bizə bu sahədə mütəxəssislər lazımdır. Əminəm ki, tələbələrimiz Qarabağın yenidən qurulmasının müxtəlif sferalarında iştirak üçün böyük potensiala malikdirlər", - o deyib.

Rektor Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) bitirmiş mütəxəssislərin ölkədəki ali təhsil ocaqlarının məzunları arasında ixtisası üzrə işə düzəlməyə görə ən yüksək faizə malik olduğunu qeyd edib.

"Əminəm ki, bugünkü sərgi AzMİU tələbələrinə profil təşkilatlarla daha yaxından tanış olmağa və öz karyeralarını qurmağa imkan verəcək", - o əlavə edib.

Qeyd edək ki, sərgidə 80-ə yaxın yerli və xarici şirkət, xüsusən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən şirkətlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti