Bakı. Trend:
Bakı metropolitenində xlor daşınması ilə bağlı heç bir qadağa yoxdur.
Trend-in məlumatına görə, bunu Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Gənclik" stansiyasına xlorun dağılmasına gəlincə isə, bu, sərnişinin səhvi üzündən baş verib. Həmin maddəni o xüsusi qablaşdırılmış vəziyyətdə daşımadığından bu cür hadisə baş verib. Ümumilikdə isə xlor maddəsinin metro ilə daşınması mümkündür".
Qeyd edək ki, bir neçə gün əvvəl metronun “Gənclik” stansiyasında 1 nəfər sərnişin xlorla dolu olan balonu əlindən salıb. Nəticədə xlor stansiyaya dağılaraq alışmağa başlayıb. Metro əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Balonun düşdüyü yer təmizlənib.