...

Meliorasiya və Su Təsərrüfatında nöqsanlar aşkar edilib

Cəmiyyət Materials 13 Aprel 2023 14:59 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi tərəfindən keçirilmiş dövlət satınalmalarında nöqsanlar aşkar edib.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına dövlət satınalmalarının planlaşdırılması və ehtimal olunan qiymətlərin hesablanması prosedurları (o cümlədən, məlumatları sərbəst şəkildə toplamaq imkanları) çərçivəsində zəruri marketinq işlərinin təşkil edilməməsi, alınması nəzərdə tutulan malların istehsalçılar üzrə qiymətlərinin müəyyənləşdirilməməsi, potensial xarici tərəfdaşlarla birbaşa (vasitəçilərsiz) münasibətlərin qurulmaması, ehtimal olunan qiymətlərin idxalçı və (və ya) fəaliyyəti dayandırılmış və (və ya) vasitəçi rezident hüquqi şəxslər üzrə rəsmiləşdirilmiş qiymət təkliflərinin hesabına formalaşdırılması müvafiq xərc istiqamətlərində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun dövlət vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsini müəyyən edən müddəalarına riayət edilməməklə əlavə xərclərin yaranmasını şərtləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti