...

Azərbaycan əhalisinin sayı açıqlanıb

Cəmiyyət Materials 17 Aprel 2023 12:10 (UTC +04:00)
Azərbaycan əhalisinin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10 milyon 135 min 373 nəfər təşkil edib (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla).

Dövlət Statistika Komitəsindən Trend-ə veriıən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti