Bakı. Trend:
Bakının Mehdi Hüseynzadə adına 19 saylı tam orta məktəbinin I fənn qrupu üzrə ali məktəbə hazırlaşan XI sinif şagirdləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
AZMİU-dan Trend-ə verilən məlumata görə, şagirdlər universitetin şəhərciyi, tədris binaları, laboratoriyaları, Heydər Əliyev muzeyi, Sərgi Salonu, Şəhidlər Xatirə Kompleksi və İdman Kompleksi ilə tanış olublar.
Məktəbliləri AzMİU-nun prorektoru Orxan Naqdiyev və Tələbə Həmkarlar Təşkilatı Komitəsinin sədir müavini Şahmar Rəfili qarşılayıblar.
Orxan Naqdiyev və Şahmar Rəfili məktəblilərə AzMİU, universitetin tədris prosesi, maddi-texniki bazası və tələbə həyatı haqqında geniş məlumat veriblər.
Görüş zamanı şagirdlərin sualları cavablandırılıb və onlar üçün AzMİU tələbələrilə ünsiyyət imkanı yardılıb.