Bakı. Trend:
Xaçmaz rayonun Uzunoba, Yeni Sudur və Nərəcan kəndlərində 56 saylı seçki dairəsini təmsil edən deputat Sevil Mikayılovanın təşəbbüsü ilə uşaqlar üçün bayram şənliyi təşkil edilib.
Trend-in məlumatına görə, bayram şənliyində 400 dən çox müxtəlif yaş qrupunda olan uşaqlar iştirak ediblər.
Xeyirxah aksiya Ramazan bayramı münasibətilə “Biganə qalma” İctimai Birliyi tərəfindən təşkil edilib. Tədbirdə uşaqlar üçün hədiyyələr paylanılıb və əyləncəli proqramlar təqdim olunub.
Qeyd edək ki, ictimai birlik bundan əvvəl, “Bir Təbəssüm”, “Qurban payı”, “Bayram süfrəsi”, “Bir çanta xoşbəxtlik”, “Bir uşağın xəyalı” və.s kimi aksiyalar həyata keçirib.