...

Xəstəxanadakı yanğında xəstələrdən biri ölüb

Cəmiyyət Materials 26 Aprel 2023 11:15 (UTC +04:00)
Xəstəxanadakı yanğında xəstələrdən biri ölüb

Bakı. Trend:

Aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.

Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti