...

Bu ilin birinci rübündə 13 min şəxsə əlillik təyin olunub

Cəmiyyət Materials 28 Aprel 2023 11:30 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-ci ilin birinci rübü ərzində 13 003 şəxsə əlillik təyin edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 6 034-nə ilkin, 6 969-na isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti