...

Gəncə avtomobil zavodunda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 10 May 2023 10:54 (UTC +04:00)
Gəncə avtomobil zavodunda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Gəncə avtomobil zavodu İB-də ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirildi.

Gəncə avtomobil zavodun İstehsalat Birliyində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra konfransı giriş sözü ilə açan birliyin direktoru Bağban Nəbiyev ulu öndərin həyat və fəaliyyətindən danışaraq milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin Azərbaycanda bütün sahələrin – sənayenin, elmin, təhsilin, səhiyyənin sıçrayışlı inkişafı, elm tutumlu istehsal sahələrinin yaradılmasında böyük rolundan danışdı:

“Gəncənin Azərbaycanın ikinci sənaye şəhərinə çevrilməsi bir başa ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə təyin olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdı. Həmin illərdə bir çox davamlı iqtisadi inkişafa hesablanan böyük müəssisələrin məhz Azərbaycanda inşa olunması dahi şəxsiyyətin siyasi iradəsi nəticəsində mümkün olmuşdu. O illərdə Gəncə avtomobil zavodu, Gəncə Çini qablar zavodu, Gəncə Qənnadı Fabriki, Gəncə Büllür zavodu, Gəncə Xalça Kombinatı və digər böyük istehsal gücü olan müəssisələr dahi ulu öndərin dəstəyi ilə şəhərimizdə fəaliyyətə başlamışdır. O zamanlar avtomobil zavodunun məhz o zamanki Kirovadabda, indiki Gəncədə inşa edilməsi də ümumilli Liderin bir başa siyasi təkidi nəticəsində baş tutmuşdu. Heydər Əliyevin Azərbaycanda avtomobil istehsal olunmasını çox istəyirdi. 1989-cu ildə məlum hadisələrin nəticəsində müəssisənin tikintisi yarımçıq qalsada 2004-cü müzəffər Ali baş komadan İlham Əliyev ümummilli liderin bu arzusunu reallaşdırdı və bu gün Gəncə avtomobil zavodu Azərbaycanın avtomobil sənayesinin flanqmanıdır” deyə Bağban Nəbiyev əlavə etdi.

Çıxış edən birliyin mətbuat katibi Məqsəd Rəhimov vurlayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın iki fərqli və hətta tam ziddiyyətli siyasi formasiyaya malik olduğu ayrı-ayrı dövründə respublikaya rəhbərlik etmişdir. Ümummilli lider 1969-1982-ci illərdə Azərbaycan SSR-a və 1993-2003-cü illərdə artıq müstəqil Azərbaycana rəhbərlik etmişdir. Bu dövrlərdə ölkəmiz günü gündən çıçəklənmiş, inkişaf etmiş, dünya ölkələri sırasında tanınmağa başlamışdır:

“1994-cü ilin mayında ulu öndərin siyasi uzaqgörənliyi, dünya görünüşü və siyasi bacarığı sayəsində Ermənistanla Azərbaycan arasında atəşkəs olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Qeyd etmək lazımdır ki, ölkənin sosial-iqtisadi inkişafının təmin olunması ilə bağlı görülmüş ən əsas işlərdən biri də məhz “Əsrin müqaviləsi” nin imzalanması olmuşdur. İlk dəfə 8 ölkəni əhatə edən bu müqavilə növbəti illərdə 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açmışdır. Bağlanmış müqavilələr hesabına ölkənin neft sektoru sürətlə inkiçaf etdirilmiş, ölkəyə daxil olan vəsaitlər hesabına qeyri-neft sektorunun inkişafına və əhalinin sosial problemlərinin həllinə nail olunmuşdur” deyə Məqsəd Rəhimov əlavə edib.

Sonra digər çıxış edənlər də vurğuladılar ki, ölkəmizin hərtərəfli inkişafı üçün ümummilli liderimizin hazırladığı və dövlətimizin başçısı tərəfindən hazırda inamla inkişaf etdirilən srateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edəcək.

Konfransın sonunda dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Gəncə avtomobil zavodunun yaradıcısıdır” adlı sənədli filmin nümayişi oldu. Filmdə zavodun ulu öndərin siyasi təkidi ilə necə Gəncədə inşasına nail olması ilə bağlı tarixi görüntülər yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti