...

Bölgələrdə uşaq sığınacaqları yaradılacaq - Komitə sədri

Cəmiyyət Materials 10 May 2023 11:08 (UTC +04:00)
Bölgələrdə uşaq sığınacaqları yaradılacaq - Komitə sədri

Bakı. Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bölgələrdə uşaq sığınacaqlarının yaradılması ilə bağlı tədbirləri davam etdirir.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında komitə sədri Bahar Muradova deyib.

O bildirib ki, komitə səlahiyyətləri çərçivəsində tədbirlər görür:

"Bu istiqamətdə təkcə bizim komitə deyil, bütün aidiyyəti qurumlar əlaqələndirilmiş fəaliyyətlə məşğuldur. Uşaq hüquqlarının müdafiəsi, çətin şəraitdə olan uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərirlər. Biz də bu əlaqələndirməni həyata keçirən bir orqan kimi prosesi daim diqqətdə saxlayır, dövlət orqanlarını və beynəlxalq qurumları məlumatlandırırıq. Bizim komitə BMT yanında 8 komitənin 2-də dövri hesabatlarla çıxış edir. Hazırda da həm uşaq hüquqları, həm də ayrıseçkiliklə bağlı qarşımıza qoyulmuş öhdəliklə bağlı tövsiyələr və hesabat hazırlayırıq".

Komitə sədri bildirib ki, həmin öhdəliklərdən biri də sığınacaqların yaradılmasıdır.

"Bununla bağlı dövlət proqramları da var. Həmin proqramlar çərçivəsində bölgələrdə sığınacaqların yaradılması nəzərdə tutulur. 2-si azad edilmiş ərazilərdə olmaqla 5 ailə mərkəzinin tikintisi ilə məşğuluq. Artıq layihə smeta sənədləri hazırlanıb. Biz tikintiyə başlamaq ərəfəsindəyik. Yaxın vaxtlarda 5 mərkəz istifadəyə veriləcək", - B.Muradova deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti