...

AZSIĞORTA-nın əməkdaşları Bakı Marafonu 2023-də iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 10 May 2023 20:09 (UTC +04:00)
AZSIĞORTA-nın əməkdaşları Bakı Marafonu 2023-də iştirak ediblər (FOTO)

Bakı. Trend:

2016-cı ildən etibarən altıncı dəfə keçirilən və 21 kilometrlik məsafəni əhatə edən Bakı Marafonunda bu il 19 500 nəfər iştirak edib.

Trend xəbər verir ki, xüsusi atmosferi ilə seçilən bu idman yarışına Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən də iştirakçılar qatılıb. Bu il marafon Dövlət Bayrağı Meydanı – Bakı Ağ şəhər bulvarı – Dövlət Bayrağı Meydanı marşrutu üzrə keçirilib və şəhərimizin küçələrinə unudulmaz abu-hava yaşadıb.

AZSIĞORTA şirkətinin iki əməkdaşı – Fərid Sadıqov və Zaur Sultanov marafonda iştirak ediblər. Hər ikisinin 21 kilometrlik məsafəni uğurla qət etməsi və finiş xəttini keçən ilk 2000 iştirakçısı sırasına düşməsi AZSIĞORTA-da böyük sevinclə qarşılanıb. F.Sadıqov və Zaur Sultanov Bakı Marafonu 2023 medalları ilə təltif edilib.

Bakı Marafonu idmanın inkişafına dəstək vermək, sağlam həyat tərzini əhali arasında təbliğ etmək məqsədi daşıyır. İldən ilə bu yarışın daha çox insan cəlb etməsi onu göstərir ki, marafon məqsədinə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti