...

İsveçli səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb (FOTO)

Cəmiyyət Materials 11 May 2023 09:04 (UTC +04:00)
İsveçli səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Trend xəbər verir ki, qrupa “Club 100”un İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir.

Bu nüfuzlu regional klub yalnız Skandinaviya əsilli beynəlxalq səyahətçiləri birləşdirməsi ilə tanınır. Səfərə Füzuli rayonundan start verilib. Səfər iştirakçıları Ermənistanın işğal dövründə dağıntıları öz gözləri ilə görmək üçün şərait yaradılacaq. Vətən müharibəsindən sonra işğaldan azad olan torpaqlarda Azərbaycan dövlətinin apardığı yenidənqurma və bərpa işləri barədə məlumat veriləcək. Dünya səyyahlarının Füzulidə minalı ərazilərdə aparılan minatəmizləmə prosesini də izləməsi nəzərdə tutulub. İsveçli səyyahların Füzulidən sonra Xocavənd rayonunda yerləşən ən qədim insan məskənlərindən olan Azıx mağarasına, daha sonra Ağdam şəhərinə və günün sonunda Qarabağa - Talışa köçürülmüş ailələrə baş çəkəcəkləri planlaşdırılır.

Heyətin 3 gün ərzində Füzuli-Xocavənd-Ağdam-Tərtər Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl (Xudafərin) rayonlarına səfər etmələri planlaşdırır.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels” Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 1-i isə 2023-cü ildə reallaşdırılıb. İsveçdən olan səfər bu qəbildən olan sayca 7-ci səfərdir.

Bu səfərlər çərçivəsində 200-dən çox dünyada tanınan səyyah Qarabağ və Şərqi Zəngəzurla yerində tanış olublar.

Hazırda İsveçdən gəlmiş heyətdə 30 nəfərdən çox beynəlxalq səyahətçi vardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti