...

Bu il elektron qaydada 59 minə yaxın pensiya, müavinət və təqaüd təyin olunub

Cəmiyyət Materials 11 May 2023 10:13 (UTC +04:00)
Bu il elektron qaydada 59 minə yaxın pensiya, müavinət və təqaüd təyin olunub

Bakı. Trend:

2023-cü ilin yanvar-aprel ayları ərzində 58,8 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 12,8 mini pensiya, 46 mini müavinət və təqaüd təyinatı olub.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti