...

Azərbaycanda minə yaxın sənədsiz uşaq qeydə alınıb

Cəmiyyət Materials 12 May 2023 11:47 (UTC +04:00)
Azərbaycanda minə yaxın sənədsiz uşaq qeydə alınıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sənədləri olmayan 926 uşaq aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Qeyd edilib ki, Milli Fəaliyyət Planına uyğun olaraq ölkənin bütün inzibati ərazi vahidlərinin icra nümayəndəlikləri tərəfindən doğum barədə məlumatların “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə ötürülməsi üçün müvafiq texniki imkanların yaradılması və bu sistemə 1.389 nümayəndəliyin qoşulması – respublikada doğumların vaxtında qeydə alınmasını və əhatəliliyini təmin edib.

Sənədləri olmayan 926 uşağın doğum faktı müəyyənləşdirilib qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti