...

Azərbaycanda bir çox QHT-lərdə rəhbər vəzifələri qadınlar tutur - Hicran Hüseynova

Cəmiyyət Materials 17 May 2023 11:53 (UTC +04:00)
Azərbaycanda bir çox QHT-lərdə rəhbər vəzifələri qadınlar tutur - Hicran Hüseynova
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qeyri-hökumət təşkilatlarının sayı ilbəil artır və bu QHT-lərin çoxunda rəhbər vəzifələri qadınlar tutur.

Trend çərşənbə günü xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Hicran Hüseynova Bakıda keçirilən "SHE Congress" mövzusunda konfransda deyib.

"Azərbaycanda biznesin demək olar ki, bütün sferalarında qadın rəhbərlərin sayının ilbəil artması sevindirici haldır. Azərbaycan qadınları sahibkarlığın qurulmasının yeni növ və formatlarını yaradır və rəqabətin yeni ekosistemini formalaşdırırlar", - o deyib.

Milli Məclisin komitə sədri bildirib ki, əvvəllər bələdiyyə seçkilərində qadın namizədlərin sayı bütün ölkə üzrə yalnız dörd faiz olub.

"Bu gün bu göstərici artaraq 40 faizi ötüb", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti