...

Azərbaycanda 18 minə yaxın yeni iş yeri açılıb

Cəmiyyət Materials 18 May 2023 16:03 (UTC +04:00)
Azərbaycanda 18 minə yaxın yeni iş yeri açılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci rübü ərzində Azərbaycanda 17,9 min yeni iş yeri açılıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu dövrdə yaradılmış iş yerlərinin 90,2 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 81,9 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 17,3 faizi digər regionların, o cümlədən 4,5 faizi Abşeron-Xızı, 2,5 faizi Quba-Xaçmaz, 2,0 faizi Mərkəzi Aran, 1,7 faizi GəncəDaşkəsən, 1,5 faizi Şəki-Zaqatala, 1,1 faizi Şirvan-Salyan, 1,0 faizi Qazax-Tovuz, 0,8 faizi Qarabağ, 0,8 faizi Lənkəran-Astara, 0,7 faizi Mil-Muğan, 0,4 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 9,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 90,0 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti