...

Hərbi attaşelər Azərbaycan Hərbi Dəniz Qüvvələrində olublar (FOTO/VİDEO)

Cəmiyyət Materials 27 May 2023 10:21 (UTC +04:00)
Hərbi attaşelər Azərbaycan Hərbi Dəniz Qüvvələrində olublar (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrində (HDQ) olublar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqlara əvvəlcə Qərargah binasının akt zalında HDQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim edilib.

Daha sonra hərbi attaşelər döyüş gəmilərində şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, matros yataqxanası, yeməkxana və digər obyektlərə baş çəkib, fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Xəbər lenti

Xəbər lenti