...

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 2 İyun 2023 15:04 (UTC +04:00)
Bu yolda hərəkət məhdudlaşdırılacaq

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

4 iyun saat 09:00-dan 15:00-dək Bakı şəhəri, Nəsimi rayonunun Alı Mustafayev küçəsində (20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti