...

Sentyabrdan yeni məktəbli forması məcburi olacaq?

Cəmiyyət Materials 5 İyun 2023 12:25 (UTC +04:00)
Sentyabrdan yeni məktəbli forması məcburi olacaq?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yeni məktəbli formalarının ölkə üzrə tətbiqinə başlanılacaq.

Trend-in məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı bu gün media nümayəndələri ilə keçirilən görüşdə deyib.

"Məktəbli formasına keçidi məktəbin pedaqoji şurası müəyyən edir. Əgər qərar versələr ki, bu il yeni formaya keçirlər, qaydaya uyğun yeni məktəbli formasına keçməlidirlər. Lakin yeni məktəbli formasına keçmək istəməyən məktəblər də var. Yeni formadan imtina edən məktəbin şagirdləri könüllü şəkildə öz seçimlərinə uyğun geyinəcəklər.", - E.Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti