...

Beynəlxalq Komissiya nümayəndələri itkin düşmüş azərbaycanlılar barədə məlumatlandırıldı (FOTO)

Cəmiyyət Materials 6 İyun 2023 17:56 (UTC +04:00)
Beynəlxalq Komissiya nümayəndələri itkin düşmüş azərbaycanlılar barədə məlumatlandırıldı (FOTO)

Bakı. Trend:

İyunun 6-da BMT-nin itkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyasının (İCMP) Koordinasiya və əməkdaşlıq üzrə direktoru Andreas Kleyzerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Baş Prokurorluqda görüş keçirilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan Baş prokurorun birinci müavini Elçin Məmmədov birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 nəfər azərbaycanlının işgəncələrə məruz qalaraq öldürülüb kütləvi məzarlıqlarda basdırıldığını və bugünə kimi onların taleyinə aydınlıq gətirilmədiyini, Ermənistan tərəfindən müfəssəl məlumatların təqdim edilmədiyini qeyd edərək bu xüsusda İCMP ilə əməkdaşlığa böyük önəm verildiyini bildirib.

Qəbula görə təşəkkürünü ifadə edən Andreas Kleyzer hərbi münaqişələr zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və insanlıq əleyhinə törədilmiş cinayətlərin müəyyən edilməsi sahəsində uzun illərə dayanan təcrübəyə malik olan Komissiyanın Azərbaycan rəsmiləri ilə sıx əməkdaşlığa hazır olduğunu, xüsusilə prokurorluq orqanlarının bu sahədə aparıcı rol oynadığını bildirib.

Tərəflər arasında itkin düşmüş şəxslərin qeydiyyatı, məlumat bazası, itkin düşmüş şəxslər və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Hərbi Prokurorluqda və Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti