...

Əsgərlərimiz hospitala ən çox bu problemə görə müraciət edir - Həkim açıqladı (FOTO)

Cəmiyyət Materials 17 İyun 2023 13:43 (UTC +04:00)
Əsgərlərimiz hospitala ən çox bu problemə görə müraciət edir - Həkim açıqladı (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də sağlamlıqlarının qorunması istiqamətində inamlı islahatlar həyata keçirilir, ordunun maddi-texniki təminatı daha da gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur.

Trend-in Qarabağ bürosunun əməkdaşları bu günlərdə işğaldan azad edilmiş Xocavənd ərazisində yerləşən hərbi hospitala baş çəkib, tibb personalı ilə görüşüb, müalicə və tibb xidməti ilə yaxından tanış olub.

Xocavənd ərazisində yerləşən 250 çarpayılıq hərbi hospital 4 hektara yaxın ərazini əhatə edir. Burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və əşya anbarları, əsgər yeməkxanası, hamam-camaşırxana-qazanxana kompleksi, avtopark, nəzarət-buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, abadlıq işləri görülüb.

Hospitalın rəisi İlqar Əliyev Trend-in Qarabağ bürosuna bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarda quruculuq işləri, tikinti işləri vüsət alıb: Ali baş komandanın hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə hərbi qulluqçuların həm məişət şəraiti həm tibbi yardımın gösdərilməsinin yaxşılaşdırılması üçün böyük addımlar atıb. Bu hospitalda xəstə və yaralı hərbi qulluqçulara yardım gösdərmək üçün bütün şərait yaradılıb.

Hərbi hospitalda üçmərtəbəli müalicə diaqnostika korpusu da inşa edilib. Korpusda qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, altı nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul bölməsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya bölmə və kabinetləri yaradılıb.

Hospitalın həkimi Emin Əliyev müxbirimizlə söhbətində qeyd edib ki, şöbədə 28 çarpayılıq yer var:

Şöbədə yaradılan şərait bizə ona icazə verir ki, hərbi qulluqçulara ağrılaşmadan vaxtında və keyfiyyətli tibbi xidməti təmin edə bilirik. İsdər təminat baxımından, isdər personal baxımından olsun bu bizə kifayət edir ki, bütün əsgər zabit və digər hərbi qulluqçular hətta onların ailə üzvlərinə belə xidmət gösdərə bilirik.

Həkim Ruslan Rüstəmov isə bildirib ki, Vətənə xidmətdən, millətə xidmətdən qürur duyuruq: Həmişə peşəmizə uyğun olaraq fəaliyyət gösdərməyimizə hazırıq. isxtisasından asılı olmayaraq hospitalda çalışan hər bir tibb xidmətinin zabiti əsgərə, zabitə, gizirə xidmət gösdərməkdən onların sağlamlığının keşiyində durmağı borcluyuq və bununla qürur duyuruq. Gündəlik olaraq fəaliyyətimdə ən çox əsgərlər stomotoloji xəstəliklər üzrə karieslə bağlı, əvvəllər çəkilmiş dişlərin yoxluğundan, çiynəmə və qidalanmasında olan çətinliklərdə bizə müraciət edirlər.

Dünyanın inkişaf etmiş ölkələrində istehsal edilən, müasir avadanlıqlarla təchiz olunmuş palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur.

Hospitalda müalicə alan əsgər Niyaz Göyüyev deyib ki, müalicəsi yüksək səviyyədə davam edir: Bura daxil olarkən bel ağrıları ilə müraciətimi bildirmişdim. Müalicəmin 3-cü günündəyəm, hazırda ilk günə nisbətən ağrılarımda azalmalar var. Dövlətimizə dərin təşəkkürümü bildiririk. Bizim üçün hər cür şərait yaradıblar. Əllərindən gələni eliyirlər. Bizdə öz xidmətimizi düzgün qaydada yerinə yetirməyə çalışırıq.

Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə təxliyə üçün hospitalın ərazisində helikopter meydançasıda salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti