...

AzTV-dən İran televiziyasına şillə kimi cavab (VİDEO)

Cəmiyyət Materials 19 İyun 2023 17:16 (UTC +04:00)
AzTV-dən İran televiziyasına şillə kimi cavab (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) "Həftə" proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov verilişin son buraxılışında İranın "Səhər" telekanalını sərt tənqid edib.

QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən Trend-ə verilən məlumata görə, İranın "Səhər" telekanalı Azərbaycana qarşı informasiya siyasətini, təhqir və hədə kampaniyasını davam etdirir.

"İran mediası Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyədə keçirilən prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmasından narahat olub.

İranın Azərbaycan və Ermənistan Prezidentlərinin qardaş Türkiyədə görüşməsindən narahat olduğunu dilə gətirən Rövşən Məmmədov iki ölkə arasında münasibətlərin düzəlməsindən ehtiyatlanan İranın Ermənistanın əlindən çıxacağından qorxduğunu bildirib" - deyə əlavə olunub.

Qeyd edək ki, R.Məmmədovun ölkəmizə qarşı qarayaxma kampaniyası aparan İran kanalına verdiyi cavabı daha ətraflı izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti