...

Azərbaycan Ordusu döyüş qabiliyyətini sürətlə artırır - İndi vəziyyət daha fərqlidir (VİDEO)

Cəmiyyət Materials 23 İyun 2023 16:00 (UTC +04:00)
Azərbaycan Ordusu döyüş qabiliyyətini sürətlə artırır - İndi vəziyyət daha fərqlidir (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib ki, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır.

Buna nail olmaq üçün kompleks tədbirlərin görüldüyünü qeyd edən dövlətimizin başçısı bildirib: “Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.

Hərbi ekspert Ədalət VerdiyevTrend-ə açıqlamasında bildirib ki, Azərbaycan Ordusu hazırda tarixinin yüksəliş dövrünü yaşayır.

Vətən Müharibəsində qazanılan qələbədən sonra hər il davamlı olaraq Azərbaycan Ordusunun reytinqi beynəlxalq təşkilatlar tərəfindən də kifayət qədər yüksək pillələrdə qeyd olunur. Ordumuzun hər gün potensialının artırılması üçün addımlar atılır.

Ekspertin mövzu ilə bağlı açıqlamasını tam şəkildə videodan izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti