...

Rövşən Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib (FOTO)

Cəmiyyət Materials 24 İyun 2023 17:24 (UTC +04:00)
Rövşən Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

Trend xəbər verir ki, görüşdə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri “Yüksəliş” müsabiqəsinin qaliblərini müsabiqədə əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rövşən Məmmədov güclü idarəçinin əsas xüsusiyyətlərindən biri olan kommunikasiya bacarığından, media orqanları vasitəsilə cəmiyyətlə düzgün ünsiyyət qurmağın yollarından, düzgün medianı və hədəf kütləsini müəyyənləşdirməyin, o cümlədən nitq mədəniyyətinin əhəmiyyətindən bəhs edib. O, bu istiqamətdə qaliblərin suallarını cavablandırıb, mövzu barədə qaliblərlə fikir mübadiləsi aparıb. Qaliblərin nitq qabiliyyəti barədə fərdi şərhlər verən Rövşən Məmmədov onlara gələcəkdə nitq bacarıqlarını inkişaf etdirmələri üçün müxtəlif təlimlərdə iştiraka cəlb etməyə köməklik göstərəcəyini bildirib.

“Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev Rövşən Məmmədova iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini deyib.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti