...

Artıq ödənilmiş əmək pensiyasının tutulması qaydası müəyyənləşib

Cəmiyyət Materials 25 İyun 2023 17:25 (UTC +04:00)
Artıq ödənilmiş əmək pensiyasının tutulması qaydası müəyyənləşib

Bakı. Trend:

Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği artıq ödəmənin aşkar olunduğu tarixdən əmək pensiyaçısından son üç il üçün hesablanaraq tutulacaq.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 793-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti