Bakı. Trend:
“BakıKart” mobil tətbiqi bu gündən ölkə ərazisində rəsmi olaraq
fəaliyyətə başlayacaq.
Trend xəbər
verir ki, arrtıq tətbiq üzərindən səfərlər planlaşdıra, gediş üçün
kart balansını artırmaq mümkün olacaq.
Tətbiqdə qeydiyyatdan keçmək üçün mobil telefon nömrəsini və parol
kifayətdir.
Tətbiq üzərindən həmçinin asanlıqla marşrutları axtara, təyinat
yerinə ən yaxın dayanacaqları tapa və real vaxt rejimində
avtobusları izləmək mümkündür.
Qeyd edək ki, “BakıKart” mobil tətbiqi ötən ay beta versiyada
təqdim olunub.