...

Azad olunmuş ərazilərimizdə Konstitusiyanın birbaşa qüvvəsi təmin edildi - İnam Kərimov

Cəmiyyət Materials 4 İyul 2023 12:15 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Ordumuzun düşmən üzərində böyük qələbəsindən sonra azad olunmuş ərazilərimizdə Konstitusiyanın birbaşa qüvvəsi təmin edildi. Həmçinin bu möhtəşəm qələbə ilə regionumuzda yeni geosiyasi reallıqlar formalaşdı.

Trend-in xəbərinə görə, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanununvericiliyin inkişafı” mövzusunda keçirilmiş beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, hazırda bu reallıqlar fonunda ölkəmizin qlobal əhəmiyyəti daha da artıb. Həm ölkəmiz, həm də ölkəmizin məhkəmə sistemi qarşısında yeni çağırışlar meydana gəlir.

“Bu çağırışlara cavab verə biləcək ən önəmli yol birgə əməkdaşlıqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi olaraq biz bütün tərəfdaşlarımızla ölkəmizdə müasir tələblərə cavab verən məhkəmə sisteminin formalaşmasına töhfə verə biləcək istənilən dialoqa və əməkdaşlığa hazırıq”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti