Bakı. Trend:
Gender bərabərliyi ilə bağlı fəaliyyət planı yaxın günlərdə təsdiq olunacaq.
Trend-in məlumatına görə, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
“ Gender bərabərliyi ilə bağlı fəaliyyət planı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Yaxın günlərdə bu fəaliyyət planının təsdiq edilməsi gözlənilir”, - deyə B.Muradova bildirib.