...

Qarabağda yaşayan əhaliyə ədliyyə xidmətləri göstərilib

Cəmiyyət Materials 24 İyul 2023 20:17 (UTC +04:00)
Qarabağda yaşayan əhaliyə ədliyyə xidmətləri göstərilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş torpaqlarımızda daimi məskunlaşmanın təmin olunması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən müasir innovasiyalar tətbiq olunmaqla hüquqi xidmətlərin göstərilməsi davam etdirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 22-23-də nazirlik tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı olan - Şuşa şəhərində, habelə Zəngilan və Laçın rayonlarında yaşayan əhaliyə, genişmiqyaslı yenidənqurma işlərinə cəlb olunan işçilərə və bu ərazilərdə xidmət göstərən hərbçilərə, digər peşə sahiblərinə notariat hərəkətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı nazirliyin mobil tətbiqləri vasitəsi ilə əlavə sənəd tələb olunmadan elektron informasiya resursları əsasında ədliyyə xidmətləri göstərilib.

Səyyar qəbullar zamanı, həmçinin vətəndaşlara hüquqi məsləhətlər verilib, elektron və mobil ədliyyə xidmətlərindən istifadə imkanları diqqətə çatdırılıb, müvafiq bukletlər paylanılaraq onları maraqlandıran suallar cavablandırılıb.

Vətəndaşlarımız onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirərək yerlərdə belə xidmətlərin təşkilini rəğbətlə qarşılayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti