...

Media Ombudsmana şikayət verə bilər

Cəmiyyət Materials 25 İyul 2023 20:24 (UTC +04:00)
Media Ombudsmana şikayət verə bilər
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İnsan hüquqlarının pozulmasına dair Ombudsmana şikayət verənlərin əhatə dairəsi genişlənib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, insan hüquqları pozulmuş şəxsin razılığı ilə media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri də ombudsmana şikayət verə biləcək. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.) isə şikayəti vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti