Bakı. Trend:
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ədliyyə Nazirliyi Penitensiar xdmətinin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Trend-ə verilən xəbərə görə, Cinayət Məcəlləsinin
178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il 8 ay müddətinə
azadlıqdan məhrum edilmiş məhkum Alim Çərkəz oğlu Əkbərova anası
Mehparə Həsənqulu qızı Əkbərova tərəfindən gətirilmiş sovqata baxış
keçirilən zaman, orada olan ətli blinçiklərin içərisində xüsusi
üsulla gizlədilmiş 2 ədəd bükülüdə ümumi çəkisi 14.396 qram olan
narkotik maddə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.